Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Çadrada bank yaran kişinin başına pul qoyuldu


Arxiv foto
Arxiv foto

ABŞ-da Filadelfiyada bir qrup bank soymaq üçün özlərini niqab və ya çadra geyən müsəlman qadınlara bənzədib qarətlər törədiblər. İndi müsəlman icmaları "niqablı" qarətçiləri tapanlara 20 min dollar mükafat təyin ediblər

Filadelfiyanın müsəlmanlar yaşayan bölgəsində baş verən silsilə basqınlar yerli İslam icmalarını narahat edir. Çünki bank qarətçiləri ənənəvi olaraq maskada deyil, çadraya bürünərək oğurluq edirlər.

"The Washington Post" yazır ki, artıq burada yaşayan müsəlmanlar niqab altında gizlənib bank yaran kəsin tapılması ucun 20 min dollar mükafat təyin ediblər.

Çadra ilə bank yaranan şəxsin təhlükəsizlik kamerasındakı görüntüləri
Çadra ilə bank yaranan şəxsin təhlükəsizlik kamerasındakı görüntüləri
Məmurlar bildirirlər ki, qarətçilər müsəlman qadınlara xas uzun paltarda və üzlərinə niqab taxan kişilər tərəfindən törədilib. Hətta basqınlardan birində ölüm hadisəsi də baş verib.

Mükafatı təklif edən təşkilat öz ətrafında 71 məscid və icmanı birləşdirir. Onlar narahatdırlar ki, bu cür oğurluq halları müsəlman qadınlara qarşı etimadın itməsinə və hətta onların təzyiqlə üzləşməsinə səbəb ola bilər.

Yerli prokuror da ictimaiyyətə müraciət edərək “qorxaq” qarətçilərin tapılmasında yardım istəyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG