Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:46

Timoşenkonun qızı anasına ciddi xəsarət yetirildiyini deyir


Ukraynanın keçmiş baş naziri Yuliya timoşenkonun qızı Yevgeniya anasının ötən həftə həbsxanadan zorla xəstəxanaya aparılarkən ciddi xəsarət aldığını deyir.

Timoşenko həmin vaxt həbsxana işçiləri tərəfindən döyülməsinə etiraz olaraq aprelin 20-dən açlığa başlayıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Ukrayna hakimiyyətini Avropa Birliyinin səfiri və müstəqil tibbi ekspertlərin həbsxanada
Timoşenkoya baş çəkmələrinə şərait yaratmağa çağırıb.

Keçmiş baş nazir hazırda 7 illik həbs cəzası çəkir.

O hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
XS
SM
MD
LG