Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 08:26

Ağsu aşırımı avtomobillərin hərəkəti üçün açıqdır


Foto: Arxiv
Foto: Arxiv
Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış obyektlər martın 30-da fəaliyyətini bərpa edib.

Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov «Trend»ə bildirib ki, sürüşmədən sonra həmin ərazidə yaranan təhlükə ilə əlaqədar 100-dək obyekt fəaliyyətini müvəqqəti dayandırmışdı.

Komissiya sədri deyib ki, həmin obyektlər meşə təsərrüfatı idarəsi ilə müqavilə əsasında işləyən kafe və restoranlardır.

Martın 30-da əraziyə keçirilən baxışdan sonra Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb.

Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin yolun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb.

Bununla əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda martın 26-dan nəqliyyatın hərəkəti dayandırılmışdı.
XS
SM
MD
LG