Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:20

Yəməndə prezident seçkisi keçirilir


Yəməndə prezident seçkisi keçirilir. Prezidentliyə isə yalnız bir namizəd var - Abed Rabbo Mansour Hadi. O, 33 ildir ki, ölkəni idarə edən Ali Abdullah Salehin köməkçisidir.

Seçki ərəfəsində isə ölkədə qarşıdurma olub, 4 nəfər ölüb.
Zinzibar şəhəri yaxınlığnda “Əl-Qaidə” döyüşçüləri tərəfindən iki Yəmən hərbi qulluqçusu öldürülüb. Daha bir hərbçi Delax şəhərində öldürülüb. Ölənlərdən digəri isə separatçı qrupun üzvüdür, polis tərəfindən öldürülüb.

Ölkənin cənubunda seçki məntəqələrindən üçü naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
XS
SM
MD
LG