Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 23:59

Terror aktının hədəfi – yəhudi məktəbinin direktoru danışıb


İsraildə dərc olunan “Haaretz” qəzeti Bakıda öldürülməsi planlaşdırılan əcnəbi ictimai xadimlərin kimliyini açıqlayıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov Bakıdakı yəhudi məktəbinin direktoru və müəlliminə qarşı terror aktı hazırlayırmış. Terrorun qarşısı Azərbaycan Milli Təhlükəsizlik nazirliyi tərəfindən alınıb.

“Azərbaycanın təhlükəsizlik qüvvələri gizli əməliyyat aparıblar, bizi xəbərdar etməyiblər” – hədəflərdən biri, məktəbin rəhbəri Shneor Segal belə deyib. Əlavə edib ki, saxlanan şəxslər əvvəlcə məktəbin yaxınlığında yəhudi görkəmi olanlara hücum etmək və xarici pasportlarını əllərindən almaq istəyiblərmiş:

“ Amma məktəbin mühafizə xidmətində çalışanların duyuq düşdüyünü görüb yaşadığım ərazini nəzarətə alıblar” – deyə Shneor Segal deyib. Məktəb direktoru digər hədəfə alınan şəxsin adının Mati Lewis olduğunu da deyib.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi yanvarın 19-da məlumat yayıb ki, «əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb». Nazirliyin məlumatında həmin ictimai xadimlərin kimliyi açıqlanmayıb.
XS
SM
MD
LG