Mafia İtaliyanın ən böyük “bank”ına çevrilir. Bunu öz hesabatında cinayətkarlıq əleyhinə SOS qrupu bildirir.
Reutersin məlumatına görə, SOS-un hesabatında deyilir ki, iqtisadi böhran şəraitində mafia xırda şirkətlər üçün “milli təcili yardım”dır.
100 MİLYARD AVRO XALİS GƏLİR
Hesabata görə, İtaliyada mütəşəkkil cinayətkarlığın illik dövriyyəsi 140 milyard avrodur.
İllik xalis qazancı isə 100 milyrad avrodur.
SOS-un hesabtla bağlı bəyanatında deyilir: “Mafianın nağd 65 milyard avrosu var. Bu da mafianı İtaliyanın ən böyük bankı edir”.
SOS-un hesabatı İtaliyadan qıraqda bəzilərinə gözlənilməz gələ bilər.
Ancaq Avropa Mərkəzi Bankının hazırki prezidenti Mario Draghi mart ayında mafiya təhlükəsi haqda xəbərdarlıq etmişdi.
O demişdi ki, son 3 ilin iqtisadi böhranı şirkətləri mafia qarşısında zəiflədib.
Draghi nə dediyini yaxşı bilir. O, İtaliya Mərkəzi Bankının keçmiş sədridir.
SOS-un hesabatına görə, Sicilianın Cosa Nostra, Neapolun Camorra və s. bu kimi cinayətkar qrupların gəliri ümumilikdə İtaliya iqtisadiyyatının 7 faizi həcmindədir.
SOS 10 il əvvəl Palermoda xırda biznesin reketlə mübarizəsi şəraitində yaradılıb.
200 MİN BORCLU
SOS-un hesabatına görə, insan alveri, reket, qumar, silah alveri kimi ənənəvi gəlir mənbələri ilə yanaşı mafia müasir iqtisadi vasitələrdən də geniş istifadə edir.
Hesablamalara görə, pis vəziyyətə düşüb mafiadan borc alan biznes qurumlarının sayı 200 mindir.
Hesabatda deyilir: “ Köhnə dəbli qanqsterlərin yerini zahirən hörmətli bankirlər, notariuslar, vəkillər tutublar. Onlar qanuni kredit bazarının mexanizmlərini çox gözəl bilirlər. Onlar çox vaxt borc verdikləri qurbanlarının vəziyyətindən çox yaxşı xəbərdardırlar”.
Hesabatda deyilir ki, pis vəziyyətə düşüb çırpınan xırda biznes banklardan kredit ala bilmir, üzünü mafiaya tutur.
Qurbanların əksəriyyəti dükan sahibləri, xırda bisnesi olanlardır.
Reutersin məlumatına görə, bu günlərdə İtaliyanın CNA biznes assosiasiyasının da hesabatı çıxıb. Orda deyilir ki, şirkətlərin 56 faizi son 3 ayda qanuni bankların kredit şərtlərinin sərtləşdiyini bildirib.