Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:02

Suriyadakı qarşıdurmalarda daha 13 adam ölüb


Bu gün Suriyanın Homs şəhərində hökumət qoşunları ilə etirazçılar arasında baş verən qarşıdurmalarda 13 adam həlak olub. Bu haqda suriyalı hüquq müdafiəçiləri məlumat verib.

Bu gün Ərəb Dövlətləri Liqasının 50 nəfərlik müşahidəçi qrupu Suriyaya gəlir.

Müxalifət qüvvələrinin təmsil olunduğu Suriya Milli Şurası müşahidəçiləri əməliyyatların davam etdiyi Homs şəhərinə baş çəkməyə çağırıb.

Suriya xarici işlər naziri Walid Muallem bildirib ki, müşahidəçilər ölkədə 9 aydır davam edən qanlı qarşıdurmaları “silahlı terrorçu qruplar”ın törətdiyinə əmin olacaqlar.

Bu ayın axırına qədər Dəməşqə 150 müşahidəçinin gələcəyi gözlənilir.

Suriyada prezident Bashar Assadin istefası tələbi ilə mart ayından etiraz aksiyaları keçirilir. BMT-nin məlumatına görə, bu müddətdə 5 000 - ə yaxın adam öldürülüb.
XS
SM
MD
LG