Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:12

M.Qurbanlı: Dövlət katibinin bəyanatı geopolitik maraqlara xidmət edir


«ABŞ insan hüquqları ilə bağlı fundamental sənədləri qəbul etmədiyi halda başqalarından bunu tələb edir. Bu dövlət 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları haqqında Bəyannaməni qəbul etməyib».

Bunu dekabrın 13-də jurnalistlərə Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mübariz Qurbanlı bildirib. O deyib ki, «ABŞ Dövlət katibi Hillary Clinton'un bəyanatlar səsləndirməsi heç də insan hüquqları baxımından deyil. Bu, geopolitik maraqlara xidmət edən fikirlərdir».

M.Qurbanlının fikrincə, Azərbaycan müstəqil siyasət yeritdiyi üçün Azərbaycana qarşı insan hüquqları kimi vasitələrdən istifadə edilir.

ABŞ Dövlət katibi Hillary Clinton 2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə verdiyi bəyanatda mənfi nümunələrdən biri kimi Azərbaycan Respublikasının da adını çəkib.
XS
SM
MD
LG