Keçid linkləri

Təcili xəbərlər

Soğan yeyənlərin cəmiyyəti, masonlar və Qəbələ...


Bu həftə bloqqerlər müxtəlif mövzulardan yazıblar. Bloqqerlərin yazdıqlarını təqdim edirik:

Siyasi mövzulardan və oxuduğu kitablardan post yazan Zaur Qurbanlı yenicə satışa çıxmış yazıçı Əli Əkbərin «Sarı Gəlin» romanı haqda fikirlərini yazıb :
«Romanı oxuduqca hiss edirdim ki, biz nə boyda monstrla üz-üzəyik. Pulun qeyri-məhdud hakimiyyəti qarşısına yalnız cəsarətləri, vicdanları ilə çıxan insanlar istər-istəməz oxucuda rəğbət oyandırır. Lakin əsl monstrı hədəfdən kənar qoyub illüzionist xülyalara qapılanlar haqqında isə bu qənaət formalaşır ki, onların «solçu», «dindar» olmasındansa, «qabaqçı» olması daha məqsədəuyğundur. Bunu biz əsərin sonunda daha aydın görürük. Monstrın qüdrətinin pik həddində, «olmaq, ya olmamaq» – «mübarizə aprmaq, ya təslim olmaq» sualı qarşısında qalanda onlar ikinci variantı seçdilər və beyinləri daxil olmaqla, bütün gələcəklərinin yeyilməsinə, mübarizlərin ağızlarına doldurulan nəcislərə, ürəyinə tuşlanan güllələrə çevrilməsinə razı oldular».

«İCRA»NIN «HAKİMİYYƏTİ» QƏBƏLƏDƏ
Bloqqer Etibar Salmanlı Qəbələyə səfəri haqda bloq yazıb. Bloqqer yazır ki, Qəbələ son zamanların regionlar içərisində inkişafı ən yüksək dərəcədə olandır. Qəbələnin Bakı kimi söküb yenidən tikilmədiyi haqda Etibar yazır:
«Bunlar sadəcə tikirlər şəhəri… Yaxşıdır ya pis orasının bilmirəm… Bildiyimin orası odur ki, Qəbələ əhli Bakıdan “gələnlər”-dən və dövlət məmurlarından çox çəkinirlər. Dövlət məmurları məsələsi aydındır. Bakıdan gələnləri də belə izah edirlər ki, bura elə belə adam gəlmir. Gələnlər yuxarıdan gəlirlər və şəhərin mərkəzində Bentley, Porşe, Audi A8 ilə göylə gedirlər…
Binalardan danışmaq istəyirdim ancaq ki, İcra Hakimiyyəti binasını görəndən sonra fikrimi dəyişdim. Mən binalardan, yeni tikililərdən danışmayağam. Adicə İ.H-nın binasının fotolarını qoyacağam».
AZƏRBAYCANDA MASON VARMI?
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə
Masonluq barədə yazan və «Azərbaycanda masonluq varmı» sualına cavab axtaran Dilqəm Əhmədin fikirləri:
«Masonların yerin altında, gizli məbədlərdə toplantılar keçirdiyinə inanan bir toplumda bu mövzuya hansı prizmadan yanaşmaq olduqca çətindir. Adətən Azərbaycanın ünlü masonları sırasında iki şəxs xüsusilə qeyd olunur: M.F.Axundzadə və Mirzə Kazımbəy. Əsasən Avropada Renessans dövründən sonra inkişaf edən masonluğun Azərbaycandakı təbliğatçısı Axundzadədən başqası ola bilməzdi. Axundzadə nələr etdi: Dramaturgiyanın əsasını qoydu, əlifba islahatı tərəfdarı oldu, Qori seminariyasının açılması üçün cəhdlər etdi, xurafata kəskin zərbələr endirdi.
Mirzə Kazımbəyin kimliyi haqqında isə yazdığım məqalədə geniş məlumat var.
Əgər Azərbaycanın bu iki dəyərli şəxsinin mason olduğu iddia olunursa, masonluğa ənənəvi prizmadan deyil, daha başqa məntiqlə yanaşmaq gərəkli deyilmi?
Axundzadənin Bafomet adlı şeytana tapdığını iddia etmək dəhşətli qəhqəhə ilə qarşılanmırmı?
Axundzadənin, Kazımbəyin Bafometə tapdığına söyləyənlərin, «Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur»da cinlərin Parisi dağıtdığına inanan savadsız qadınlarımız kimi olduğu düşüncəsindəyəm».
XS
SM
MD
LG