Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:00

Əfqanıstanda terror olub, 3 nəfər ölüb


Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində baş verən terror aktı nəticəsində 3 nəfər həlak olub. İntiharçı partlayıcı olan maşını BMT humanitar missiyasının qonaq evinin yaxınlığında partladıb. Üç mühafizəçi ölüb.

Associated Pressin xəbərinə görə, başqa bir silahlı qrup veterinar klinikasını ələ keçirib. Hazırda polislə yaraqlılar arasında atışma gedir.

Hücuma görə məsuliyyəti talibançılar üstlərinə götürüb.
XS
SM
MD
LG