Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Məhbus ailələri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşdülər


Məhbus Ailələri Komitəsinin üzvləri - Arzuman Məcidli, Başxanım Abbaslı, İbrahim HacıbəyliOqtay İsgəndərli ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

Məhbus Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli:

«Biz ona bildirdik ki, bunlar qanunsuz və sifarişli həbslərdir. Koray bəy sual etdi ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəksinizmi? Mən cavab verdim ki, Azərbaycanda ədalətli məhkəmə sistemi yoxdur deyə, apellyasiyadan müsbət qərar gözləmirik. Koray bəy bizi arxayın etdi ki, onlar bu sahədə dövlət rəsmiləri ilə müsbət işlər görürlər. O bildirdi ki, gənclərin həbsi müsbət hal deyil və onlar diplomatik addımlar atacaqlar».

Oqtay İsgəndərli deyir ki, məhbus ailələrinin növbəti görüşləri ABŞ, Almaniya, Fransa və Böyük Britaniya səfirliklərində olacaq.
XS
SM
MD
LG