Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

Qahirədə İsrail səfirliyinə hücum zamanı 3 adam ölüb


Dünən Qahirədə İsrail səfirliyinə hücum zamanı nümayişçilərlə polis arasında baş vermiş toqquşmada azı 3 adam ölüb.

Bu barədə yerli həkimlər məlumat verib.

300-ə yaxın polis də daxil olmaqla 1000-dən çox adam yaralanıb.

19 nəfər həbs edilib,polis gücləndirilmiş iş rejiminə keçib.

Konsulu çıxmaq şərtiylə İsrail səfirliyinin əməkdaşları şənbə günü Qahirəni tərk ediblər.

İsrail hərbçilərinin ötən ay sərhəd bölgəsində Misir təhlükəsizlik xidmətinin 5 əməkdaşını öldürməsindən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.
XS
SM
MD
LG