Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Yaponiyada təbii fəlakətlərdə ölənlərin sayı 9 mini ötüb


«Fukusima» Atom Elektrik Stansiyası
Yaponiyada zəlzələ və sunami zamanı ölənlərin sayı 9 mini ötüb, 12 mindən çox adam itkin düşmüş hesab olunur.

Bu arada mütəxəssislər təbii fəlakət zamanı sıradan çıxmış «Fukusima» Atom Elektrik Stansiyasının elektrik təchizatı və soyutma sisteminin işinin bərpasına çalışırlar. Bir qədər əvvəl bildirilirdi ki, ikinci və üçüncü enerji bloklarının üzərində ağ tüstü və buxar yarandığından işlər dayandırılıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yuki Amano deyib ki, «Fukusima» stansiyasında vəziyyət gərgin olaraq qalır, ancaq şübhə etmir ki, vəziyyət düzələcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG