Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:05

ABŞ Liviya hökumətinin hesabını dondurub


BMT Baş katibi Liviya lideri Müəmmar Qəddafini xalqına qarşı müharibəyə başladığına görə pisləyib. Ban Ki Mun bildirib ki, Liviyada baş verənlərdən sonra Qəddafi hökuməti öz legitimliyini itirib.

Fevralın 28-də BMT baş katibi ABŞ prezidenti Barak Obama ilə görüşüb. O, Yaxın Şərq böhranı ilə bağlı Amerika hökumətinin mövqeyini dəstəkləyib.

Rəsmi Vaşinqton Liviya hökumətinin 30 milyard dollarlıq hesabını dondurub və qərb ölkələri hərbi müdaxiləyə qərar verərsə hava və dəniz qüvvələrini Liviya yaxınlığına yerləşdirmək istəyir.
XS
SM
MD
LG