Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 11:18

Mərkəzi Bank uçot dərəcəsini 5%-ə qaldırıb


Azərbaycan Mərkəzi Bankı martın 1-dən uçot dərəcəsini 3 %-dən 5%-ə qaldırıb.

Bankdan bildiriblər ki, son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur. Dünya iqtisadiyyatında inflyasiyanın artması meylləri güclənir.

Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsinin aktuallığı artır.

Bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib. Pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0,5%-dən 2%-ə qaldırılması barədə də qərar qəbul edilib.
XS
SM
MD
LG