Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 05:20

Müsavat mitinq qərarı verdi


Müsavat Partiyasının Divanı martın 12-də mitinq keçirilməsini məqsədəuyğun sayır. Bu barədə Müsavat partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna məlumat verib. İsa Qəmbərin sözlərinə görə, onlar bununla bağlı siyasi müttəfiqlərlə də müzakirələr aparacaqlar.

Aparacı müxalifətin birləşdiyi İctimai Palata hələ şənbə günü kütləvi aksiyalar məsələsini gündəliyə gətirmişdi. Toplantıda qeyd edilmişdi ki, onlar yaxın günlərdə kütləvi aksiyaların keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək niyyətindədirlər. Əgər müraciətlərinə müsbət cavab verilməsə onda razılaşdırılmamış aksiya keçirəcəklər.
XS
SM
MD
LG