Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:56

Qazaxıstanda daha iki nəfərin namizədliyi qeydə alınıb


Qazaxıstan Mərkəzi Seçki Komissiyası daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar Vətənpərvərlər Partiyasını lideri Qəni Kasımov və “Tabiqat” ekoloji birliyin rəhbəri Mels Eleusizovdur.

Bundan əvvəl isə hazırkı prezident Nursultan Nazarbayevin və Kommunist Xalq Partiyasının katibi Jambıl Axmetbekovun namizədliyi qeydə alınmışdı.

Prezidentliyə namizədlərin qeydiyyatı matın 2-də başa çatacaq.

Qazaxıstanda prezident seçkiləri aprelin 3-də keçiriləcək.
XS
SM
MD
LG