Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

İçərisində azərbaycanlıların olduğu gəmi batdı


Fevralın 13-də səhər saatlarında Qara dənizin Soçi akvatoriyasında Türkiyəyə məxsus «Beşiktaş» yük gəmisi qəzaya düşüb.

Güclü fırtına nəticəsində gəmi ikiyə bölünüb, ön hissəsi qoparaq batıb.

12 nəfərlik gəmi heyətinin 2 üzvü itkin düşüb. Yerdə qalanlarsa xilas edilib.

Tanzaniya bayrağı altında üzən «Beşiktaş»ın heyəti arasında Rusiya, Türkiyə və Azərbaycan vətəndaşları da var.

Azərbaycan vətəndaşları 39 yaşlı Səyyad Sadıqov və 42 yaşlı Sahib Həsənov xilas olunub.

İtkin düşən iki nəfərsə Gürcüstan və Makedoniya vətəndaşlarıdır. Axtarışlar davam edir. Bu haqda Trend İnformasiya Agentliyinə Rusiyanın FHN-nin Cənub Regional Mərkəzinin baş operativ növbətçisi bildirib.

«Beşiktaş» yük gəmisinin Türkiyədən Rusiyaya hərəkət etdiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG