Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

“Prezidentin dostunu da həbsdə saxlayarlar?”


Eynulla Fətullayev
Eynulla Fətullayev
“Mən möhtərəm prezidentimizin çağırışlarının əleyhinə gedən məhkəməyə etiraz edirəm. “RUH” möhtərəm prezidentimizi jurnalistlərin dostu elan edib. Prezidentin dostunu da həbsdə saxlayarlar?”.

Bunu jurnalist Eynulla Fətullayev yanvarın 21-də keçirilən apelyasiya məhkəməsində deyib.

Jurnalist özünü WikiLeaks saytının yaradıcısı Julian Assange ilə müqayisə edib:

“Mənim cibimdən 3 dənə siqaret çıxıb, məni azadlığa buraxmaq istəmirlər. Bütün dünyanı bir-birinə qatan jurnalisti on min dollar girov müqabilində azadlığa buraxırlar. Biz Avropanın, mütərəqqi dünyanın təcrübəsini mənimsəməliyik. Möhtərəm prezidentimizin çağırışlarına niyə əməl etmirsiz?”.

Apelyasiya şikayəti jurnalistin qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum olunması haqda Qaradağ rayon Məhkəməsinin keçən il çıxardığı hökmdəndir.

Eynulla Fətullayev deyib ki, məhkəmə iclası haqqında rəsmi xəbərdarlıq deyil, şifahi xəbərdarlıq alıb. Jurnalist məhkəmə heyətinə də etirazını bildirib. Bildirib ki, məhkəmə heyəti onun günahsızlıq prezumpsiyasını pozub.

Məhkəmə jurnalistin etirazını baxılmamış saxlayıb. Bundan başqa, Eynulla Fətullayevin barmaqlıq arxasında deyil, onun yanında oturması barədə vəkil Elçin Sadıqovun vəsatətinə də heç bir münasibət bildirməyib.

Elçin Sadıqov Eynulla Fətullayevi həm də yeni vəkil Anar Qasımovun müdafiə edəcəyini bildirib. Anar Qasımov deyib ki, iş materialları ilə tanış olmaq üçün ona vaxt lazımdır. Məhkəmə yanvarın 25-nə qədər təxirə salınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG