Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

Şübhəli pul köçürmələri - 3 trilyon 800 milyard dollar



Rusiyada 9 ayda şübhəli pul köçürmələrinin ümumi məbləği 120 trilyon rubl və ya 3 trilyon 800 milyard dollar olub.
Bunu Rusiyanın maliyyə qurumları pul yuma ilə mübarizə aparan hökumət agentliyinə - Federal Maliyyə Monitorinq Xidmətinə bildiriblər.

Keçən ilin ilk 9 ayında belə şübhəli pul köçürmələrinin məbləği iki dəfə az idi – “cəmi” 57 trilyon rubl idi.

Şübhəli pul köçürmələrinin indiki məbləği Rusiyanın daxili məhsulundan 3 dəfə çoxdur.

Rusiyanın Kommersant qəzeti Federal Maliyyə Monitorinq Xidmətinin adı çəkilməyən əməkdaşına istinadla yazır ki, banklar, sığorta şirkətləri və maliyyə xidməti qurumları pul köçürməsindən şübhələndikdə bu barədə yuxarıya məlumat verirlər və 9 ayda onların şübhələndikləri 5 milyon 600 min belə pul köçürməsi olub.

Reuters agentliyinin məlumatına görə, şübhəli əməliyyatların belə çoxluğu ölkədən xaricə pul axınının və yuyulan pulların böyüklüyünün əlaməti hesab oluna bilər.

Rusiyanın Mərkəzi Bankının ehtimalına görə, 2010-cu ildə Rusiyadan xaricə 22 milyard dollar çıxarılıb.

Sentyabr ayında Mərkəzi Bank xəbərdarlıq etmişdi ki,
ölkə daxilindəki subyektlərin xaricdəki hesablarına şübhəli pul köçürmələri artmaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG