Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

Bina söküntüsündə xəsarət alan var


Füzuli 58 ünvanında yerləşən binada söküntü işlərinə başlanılıb. Bakı şəhər icra Hakimiyyəti tərəfindən aparılan söküntü zamanı sakinlərdən birinə sınıb düşən pəncərə şüşəsi xəsarət yetirib. Əraziyə təcili yardım və polis əməkdaşları gəldikdən sonra söküntü işləri müvəqqəti dayandırılıb.

Binada hazırda 11 ailə yaşayır. Onlar hər kvadrat üçün hesablanan 1500 manat kompensasiya ilə razılaşmırlar.

Söküntü işlərini həyata keçirən Bakı şəhər İcra Hakimiyyəti nümayəndəsi Zülfəli İsmayılov AzadlıqRadiosuna bildirib ki, təqdim olunan vəsaitlə Bakının istənilən ərazisində ev almaq mümkündür. O ki, qaldı söküntü barədə rəsmi qərarın olub-olmamasına Zülfəli İsmayılov bununla bağlı məlumat verməkdən imtina etdi.
XS
SM
MD
LG