Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

ABŞ Medvedevin Qarabağ probleminin nizamlanması üçün səylərini qiymətləndirir


Amerika Birləşmiş Ştatları Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ probleminin nizamlanması üçün səylərini qiymətləndirir.

Bunu oktyabrın 28-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli jurnalistlərə açıqlamasında bildirib.

«Biz prezidentlər Medvedev, Sarqsyan və Əliyevin 27 oktyabrdakı Ermənistan və Azərbaycanın hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların meyitlərinin qaytarılmasına ATƏT-in Minsk qrupu və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə razılaşdığı birgə bəyanatını alqışlayırıq. Biz prezident Dmitri Medvedevin 1994-cü ildən mövcud olan atəşkəs rejiminin gücləndirilməsi və tərəflər arasındakı etimadın artırılmasına isiqamətlənmiş bu razılaşmanın əldə edilməsindəki şəxsi səylərini yüksək qiymətləndiririk», Krouli deyib.

Birləşmiş Ştatlar hesab edir ki, Həştərxanda qəbul edilən birgə bəyannamə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesi çərçivəsində hadisələrin müsbət inkişafını özündə əks etdirir.

«Biz əldə olunmuş razılaşmaların tezliklə yerinə yetiriləcəyinə ümid edirik», deyə Krouli bildirib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq Bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Rusiya Prezidenti Dmitri Medvedevin sözlərinə görə, xüsusi Bəyannamə etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəldilib. /Trend/

XS
SM
MD
LG