Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 02:56

Deputatlığa namizəd etiraz əlaməti olaraq namizədliyini geri götürüb

59 saylı Salyan Dairə Seçki Komissiyasından Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi Rafiq Manaflı namizədliyini geri götürüb. O bu addımı təbliğat kampaniyasında anti-demokratik vəziyyətə etiraz olaraq atdığını bəyan edib.

“Artıq yerli icra strukturları, bələdiyyə və hüquq-mühafizə orqanları «yuxarıdan» gələn tapşırıq əsasında hakimiyyətin müəyyənləşdirdiyi şəxslərin seçki təbliğatına qoşulublar. Yerlərdə iqtidarın müəyyənləşdirdiyi namizədin görüşlərinin keçirilməsində icra strukturları ilə bərabər bələdiyyə və polis işçilərinin də aktiv iştirakı görünür”- deyə Rafiq Manaflıq bildirir.

Qeydiyyat mərhələsindən təbliğat mərhələsinə qədər xeyli qanunsuzluqların olduğunu iddia edən namizəd deyir ki, o bu vəziyyətdə normal təbliğat aparmağın mümkün olmadığını görüb, namizədliyini geri götürmək qərarına gəlib.
XS
SM
MD
LG