Əfqanstan prezidenti Həmid Kərzai bu gün Taliban lideri Millad Məhəmməd Öməri sülh danışıqları məqsədilə döyüşlərə son qoymağa cağırıb.
Kərzai bu barədə Ramazan bayramının ilk gününü qeyd etmək üçün toplaşan hökumətin yığıncağında bildirib.
O, Öməri öz qardaşını öldürməkdən əl saxlamağa çağırıb.
Karrazi ötən həftə deyib ki, Talibanla danışıqlara getmək üçün Yüksək Sülh Şurası formalaşdırır. Ömər isə internetde yazdığı mesajında bildirib ki, Taliban bu doqquz illik üsyanında qələbəyə yaxınlaşıb.