Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 14:54

Tacikistanda kamikadze partlayış törədib


Tacikistanda kamikadze özünü polis məntəqəsinin yaxınlığında partladıb, 25 nəfər xəsarət alıb.

Kamikadze partlayıcı qoyulmuş maşını paytaxtdan 350 kilometrlik məsafədə yerləşən Xucand şəhərində polis məntəqəsinə sürüb.

İntiharçıdan başqa ölənlərin olduğu təsdiqlənməyib.

Bu hadisədən əvvəl Tacikistan prezidenti İmoməli Rahmon ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərliyini işdən çıxarıb. Buna səbəb dövlət çevrilişində ittiham olunan 25 məhbusun həbsxanadan qaçması olub.
XS
SM
MD
LG