Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 23:43

Tariq Əziz hesab edir ki, ABŞ əsgərləri İraqda qalmalıdırlar


Səddam Hüseynin hakimiyyəti zamanı İraqın Baş nazirinin müavini olmuş Tariq Əziz hesab edir ki, ABŞ öz əsgərlərini İraqda saxlamalıdır. Çünki ABŞ-ın çıxması İraqı “canavarlarla üz-üzə yalqız qoyacaq.”

Hazırda həbsxanda olan Tariz Əziz son yeddi ildə ilk dəfə jurnalistlərələ görüşüb, onlara müsahibə verib. Onu insanlıq əleyhinə cinayətlərdə iştirak etmək ittihamı ilə həbs ediblər.

Tariq Əziz bildirib ki, hazırda İraqın vəziyyəti müharibədən əvvəlkindən daha çətindir.

Bir neçə gün əvvəl prezident Barak Obama elan edib ki, avqustun sonuna qədər ABŞ əsgərləri İraqı tərk edəcəklər. Bağdadla razılaşmaya əsasən yalnız bir qrup ABŞ əsgəri bu ölkədə yerli hərbçilərə təlim keçəcək və ABŞ missiyasının mühafizəsi ilə məşğul olacaq.
XS
SM
MD
LG