Gədəbəydə iki ildir qəzalı olan körpü bağlanıb, 40-a yaxın irili-xırdalı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Bu barədə AzadlıqRadiosuna Gədəbəy İcra başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyev məlumat verib.
«İki gündür Fındıqlı çayının üzərindəki körpü bağlanıb. İki il idi ki, yük maşınlarının həmin körpüdən keçməsinə məhdudiyyət qoyulmuşdu. İndi isə körpünün bir hissəsi tamamilə uçub. Nazirlər Kabineti, Nəqliyyat nazirliyi tərəfindən 2010-2013-cü illərdə bu körpünün bərpası nəzərdə tutulub, ancaq indiyə qədər heç nə yoxdur».
E. Vəliyev bildirib ki, Saratovka kəndi ərazisindəki körpü bağlandığına görə əhali köhnə, çayın içindən keçən qrunt yoldan istifadə edir.