Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:10

Tehranda polislə müxalifətçilər toqquşub


İyunun 12-də Tehranda polislə nümayişçilər arasında toqquşmalar olub.

Şahidlər hökumətin qadağasına baxmayaraq şəhərin mərkəzinə toplaşmış adamların döyüldüyünü deyirlər.

İranın hakim dairələri bundan əvvəl prezident seçkilərinin ildönümündə istənilən aksiyanın kəskin şəkildə dağıdılacağını xəbərdarlıq etmişdi.

Müxalifət liderləri Mirhüseyin Musəvi ilə Mehdi Karrubi buna görə dünənə nəzərdə tutulmuş etiraz aksiyalarını təxirə salmalı oldular.

Ötən il iyunun 12-də indiki mprezident Mahmud Əhmədinejadın qalib gəldiyi mübahisəli seçkilərdən sonra ölkədə kütləvi nümayişlər, sonra isə ölümlə nəticələnən toqquşmalar və kütləvi həbslər başlandı.

Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG