Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

İspaniyada hökumət idarələrində çalışanlar tətil keçirir


İspaniyada hökumət idarələrində çalışanlar əməkhaqlarının kəsilməsinə etiraz olaraq iyunun 8-də tətilə çıxıblar. Hökumət bununla ölkənin üzləşdiyi borc böhranının həllinə çarə tapmağa çalışır.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu kəskin borc böhranına görə İspaniyanın sosialist hökumətini təzyiqlər altında saxlayır. İspaniya hökumətindən tələb edilir ki, Yunanıstanın aqibətini yaşamaması üçün dövlət xərclərini kəskin azaltmalıdır.

Bugünkiü tətili üç milyon işçini birləşdirən həmkarlar ittifaqı təşkil edib. Təşkilat bunun ümumölkə miqyaslı tətilə hazırlıq olduğunu deyiblər.
XS
SM
MD
LG