Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Rusiya və Türkiyə arasında 20 sənədin imzalanması gözlənilir


Rusiya və Türkiyə prezidentləri mayın 12-də Ankarada görüşür. Türkiyədə ilk nüvə stansiyasının tikintisi gündəlikdə dayanan məsələlərdəndir.

Dmitri Medvedevin türkiyəli həmkarı Abdulla Güldən başqa Baş nazir Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq. Ankarada Rusiya-Türkiyə əməkdaşlıq şurasının ilk iclası keçiriləcək.

İki ölkə arasında 20-dən artıq razılaşmanın, o cümlədən neft və qaza aid və Türkiyənin Aralıq dənizi sahillərində 4 nüvə reaktorunun tikintisi ilə bağlı sənədin imzalanması gözlənilir.

Rusiya prezidenti Türkiyəyə Suriyadan gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG