Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:34

İran Qərblə yeni danışıqlara hazırdır


İran onun nüvə proqramıyla bağlı Qərblə yeni danışıqlara hazır olduğunu bəyan edib.

Türkiyə mətbuatının yazdığına görə bunu İranın xarici işlər naziri Manucöhr Mottaki İstanbula səfəri zamanı deyib.

Mottakinin sözlərinə görə artıq yaxın vaxtlarda danışıqlara başlana bilər.

Türkiyə İranın nüvə məsələləri üzrə rəsmisi Səid Cəlali ilə Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Kətrin Eşton arasında görüş keçirilməsini təklif edib.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG