Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 05:10

Partlayışda azı 10 adam ölüb


Əfqanıstanın cənubunda törədilmiş partlayışda azı 10 adam ölüb, 9 nəfər isə yaralanıb.

Helmand əyalətinin rəsmisi Davud Əhmədi partlayışın Qereşk rayonundakı körpüdə baş verdiyini deyir.

Hədəf hərbi maşın karvanı olub.

Amma bomba maşınlar ötdükdən sonra işə düşüb.

Ölən və xəsarət alanlar Novruz bayramını qeyd edən dinc sakinlər olub.
XS
SM
MD
LG