Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:54

ABŞ rəsmisi Yaxın Şərqdə danışıqlar aparır


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel Bu gün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahuyla, bazar ertəsi isə Fələstin

Muxtar ərazilərinin prezidenti Mahmud Abbasla görüşəcək.

Məqsəd düyünə düşmüş İsrail-Fələstin danışıqlarını bərpa etməkdir.

Corc Mitçel dünən İsrailin müdafiə naziri Ehud Barakla görüşüb.

Gələn həftə isə Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden regiona getməlidir.

2008-ci ildə İsrail ordusunun Qəzzəyə soxulmasından sonra sülh danışıqları dayandırılıb.
XS
SM
MD
LG