Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 03:46

Spiker İranda həbs edilən azərbaycanlı alimlə maraqlanacaq


Milli Məclisin sədri Oqtay Əsədov İranda həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə maraqlanacaq.

Parlamentin fevralın 12-də keçirilən iclasında deputat Fazil Mustafa xahiş edib ki, Milli Məclis sədri İrana səfəri zamanı orda saxlanan azərbaycanlı alimin hüquqlarının müdafiəsi üçün əlindən gələni etsin.

Oqtay Əsədov da bildirib ki, İranda olan zaman mütləq Rəşid Əliyevin həbsiylə bağlı araşdırma aparacaq və bu problemin həllində köməyini əsirgəməyəcək.
XS
SM
MD
LG