Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri Namiq Rəcəbovun məhkəməsi başlayıb. Əsgər dövlətə xəyanətdə ittiham olunur.
İttiham aktında göstərilir ki, Namiq Rəcəbov Tovuz rayonunda yerləşən hərbi hissədə xidmətdə olduğu müddətdə bölük komandiri, gizir Anar Allahverdiyev tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib. Ermənilər əsgərə qarşı cinsi zorakılıq edərək həmin hadisənin video çəkilişini aparıblar. Sonra əsgəri hədələyiblər ki, həmin videoçəkilişi yayacaqlar. Bu yolla da ondan qulluq etdiyi hərbi hissədəki döyüş anbarı, silahlar və s. barədə məlumatlar alıblar.
Əsgəri ermənilərə təhvil vermiş gizir Anar Allahverdiyev ötən il məhkum edilib.