Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:29

İsrail xarici işlər nazirini həbs etmək istəyiblər


Britaniya məhkəməsi İsrailin keçmiş Xarici İşlər Naziri Tzipi Livninin müharibə cinayətlərinə görə həbs edilməsi üçün order verib, lakin sonra qərarı ləğv edib.

Qardiyan qəzetinin xəbərinə görə, bir müddət əvvəl Qəzza zolağında İsrail tərəfindən zorakılığa məruz qaldığını iddia edən şəxslər məhkəməyə müraciət edib. Vestminster məhkəməsi Britaniyaya səfər etməyi planlaşdıran Tzipi Livninin həbsini sanksiyalaşdırıb.

Ancaq, o zaman İsrailin Xarici İşlər Naziri olan Livinin Britaniyaya səfər etməyəcəyi aydınlaşadan sonra həbs orderi ləğv edilib.

Britaniya Xarici İşlər nazirliyindən bildiriblər ki, Tzipi Livninin nəyə görə Krallığa səfərini ləğv etməsini araşdırırlar.

Livni isə dekabrın 15-də qərardan xəbərdar olduğunu bildirib və İsrailin Qəzzadakı əməliyyatlarını müdafiə edib.
XS
SM
MD
LG