Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:33

«Azərbaycanın İrana təsir göstərmək fikri yoxdur»


«Azərbaycan İranla dost və qonşu dövlətdir. Bizim İrana, eləcə də İranın bizə təsir göstərmək fikri yoxdur».

Bunu dekabrın 12-də jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirinin müavini Xələf Xələfov deyib. O, Fransa prezidenti Nikola Sarkozinin azərbaycanlı həmkarı İlham Əliyevdən İrana təsir etmək barədə xahişinə münasibət bildirərkən belə deyib:

«İranla dost və qonşu dövlətik, düşünürəm ki, iki dövlət arasında münasibətlər bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmalıdır. Nə bizim İrana təsir etmək fikrimiz var, nə də İranın bizə».

Nazir müavini əlavə edib ki, iki ölkə arasındakı əlaqələr bir-birinin daxili işlərinə qarışmamaq və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmaq əsasında aparılır.

XS
SM
MD
LG