Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:18

Əhmədinejat:«İranın nüvə silahına ehtiyacı yoxdur»


«İranın nüvə silahına ehtiyacı yoxdur». İran prezidenti Mahmud Əhmədinejat Amerika televiziyasına müsahibəsində belə deyib.

Bununla belə Əhmədinejat gələcəkdə nüvə silahı əldə etməyin mümkünlüyünü inkar etməyib.

İran lideri yenidən bildirib ki, İran nüvə proqramından əl çəkməyəcək.

Bir həftədən sonda İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında görüş keçiriləcək.

Bu həftəniт əvvəlində ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, İran oktyabrın 1-də keçiriləcək görüşdə mübahisəli nüvə proqramı ilə bağlı bütün sualları cavablandırmalıdır.

Bu arada İran prezidenti həm də iyun seçkilərindən sonra Tehranda nümayişlərdə ölənlərə görə təəssüfləndiyini bildirib.
XS
SM
MD
LG