Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:40

«İrana qarşı döyüşən sərt cavab alacaq»


«İslam Respublikasına qarşı döyüşən istənilən adam sərt cavab alacaq».
İranın Ali Ruhani Lideri Ayətullah Əli Xameneyi sentyabrın 11-də Tehranda verdiyi moizə zamanı belə deyib.

Xameneyi bu yolla iyun seçkilərinə etiraz edənləri xəbərdarlıq edib ki, «sistemə qarşı xəncərini qınından çıxaranlara sistem sərt cavabını verəcək».

Bununla belə əlavə edib ki, rəsmilər arasındakı tənqid və fikir müxtəlifliyi qəbul ediləndir.

İranda mübahisəli prezident seçkilərində qələbə qazanan Mahmud Əhmədinejat da daxil olmaqla, moizədə İranın yüksək səviyyəli rəsmiləri və dindarları da iştirak ediblər.
XS
SM
MD
LG