Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:16

BMT nümayəndəsi əfqanları soyuqqanlı olmağa çağırır


BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi ötən həftə keçirilən seçkidəki saxtakarlıq iddialarıyla bağlı – araşdırmalar bitənə qədər hər kəsi soyuqqanlı olmağa çağırıb.

Əfqanıstan prezidentliyinə hər iki əsas namizəd – indiki president Həmid Kərzai və keçmiş xarici işlər naziri Abdullah Abdullah avqustun 20-dəki seçkidə qalib gəldiyini iddia edir. Abdullah Kərzaini seçkiləri saxtalaşdırmaqda da ittiham eləyir.

Seçki Şikayətlərini araşdıran Komissiyadan bildiriblər ümumilikdə seçki zorakılığı, pozuntu və seçki rəsmiləri tərəfindən saxtakarlıqlarla bağlı 225 rəsmi şikayət alıblar, indi şikayətləri araşdırırlar.

Seçkinin ilkin nəticələri avqustun 25-də gözlənilir.
XS
SM
MD
LG