Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:32

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında iş rejimi gücləndirilib


«H1N1 virusunun («Donuz qripi») Azərbaycana hava yolu ilə gəlməməsi üçün bütün tədbirlər görülüb».

«AzAL» Dövlət Konserninin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli «Azadlıq» radiosuna belə deyib. O bildirib ki, virus müəyyənləşəndən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında iş rejimi gücləndirilib. Təyyarələr dezinfeksiyaedici məhlullarla təmin olunub.

Hava limanında Səhiyyə Nazirliyinin Sanitar-Karantin Xidmətinin məntəqəsi də fəaliyyət göstərir.

Türkiyənin Səhiyyə Nazirliyi ABŞ-dan İstanbul vasitəsilə İraqa uçan bir nəfərdə H1N1 virusu aşkar etdiyini açıqlayıb.

İndiyədək H1 N1 virusu 37 ölkədə qeydə alınıb, 7 mindən çox adam virusa yoluxub, 65 nəfər isə ölüb.
XS
SM
MD
LG