Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:48

"Bakı-Xəbər": "Təhlükəli milyonlar..."


“Bakı-Xəbər” qəzetindəki “Təhlükəli milyonlar...” başlıqlı məqalədə Bakı-Tbilisi-Ceyhan netf kəmərinin açılış mərasimi və bu kəmərin Azərbaycan iqtisadiyyatına təsiri şərh olunur. Müəllif yazır ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünya bazarlarında neftin qiyməti 45 dollar olarsa və Azərbaycanda bu məhsulun hasilatı indiki səviyyədə saxlanarsa, 20 il ərzində ölkəyə 150 milyard ABŞ dollarından artıq pul gələcək. Həmin vəsaitin ölkəyə daxil olmağa başlaması Azərbaycanın sosial-iqtisadi həyatında ciddi canlanma yarada bilər. Lakin iqtisadçı ekspertlər qeyd edir ki, Azərbaycanda neftdən gələn pulların səmərəsiz xərclənməsi təhlükəsi də mövcuddur. Çünki ölkənin faktiki iri həcmli pulları xərcləmək praktikası yoxdur. Ekspert Laurent Rusekasa görə, bu pulların aidiyyəti üzrə xərclənməməsi, neft tükəndikdən sonra, həm də ölkədə xaos yarada bilər.


“Azərbaycan neft gəlirlərindən düzgün istifadə etsə, ölkə bölgədə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən ən güclü bir dövlətə çevriləcək və təbii ki, bu faktor Qarabağ məsələsində daha ciddi addımlar atmaq üçün Azərbaycana geniş imkanlar verəcək”. Azərbaycan Naminə İctimai Forumun prezidenti, “Yeni Siyasət” blokunun koordinatoru, politoloq Eldar Namazov “Ayna” qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Politoloqa görə, neft gəlirlərindən səmərəli istifadə edə bilsə Azərbaycanın bölgənin aparıcı dövlətinə çevriləcəyini hamı başa düşür. Ona görə də, bu hamını, habelə erməni lobbisini də ciddi düşündürür. Məhz buna görə də politoloqun fikrincə,Azərbaycanda demokratik islahatların keçirilməsi indi ön plana keçməlidir.


“Yeni Azərbaycan” qəzetinin əməkdaşı yazır ki, iyun ayında Bakı şəhərində tikinti materiallarının qiymətlərində sabitlik müşahidə olunub. Ay ərzində formalaşan orta qiymətlər əvvəlki ayla müqayisədə 0,2 faiz azalsa da, 2005-ci ilin müvafiq dövrünə nisbətən artım 8 faiz nəzərə çarpıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin ötən ay tikinti materialları bazarında apardığı monitorinqlər göstərir ki, iyunda qiymət səbətində hətta bəzi mallar üzrə azalma qeydə alınıb. Mütəxəssislər son bir ayda tikinti materiallarının ucuzlaşmasını tikinti sektorunda işlərin bir qədər azalması ilə səciyyələndirirlər.


XS
SM
MD
LG