Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:01

“Yeni Azərbaycan”: “İyun ayında mənzillərin qiymətləri bir qədər də bahalaşıb”


“Yeni Azərbaycan” qəzetindəki “İyun ayında mənzillərin qiymətləri bir qədər də bahalaşıb” başlıqlı məqalədə bildirilir ki, satışa təkrar təklif olunan “yeni tikililər”in payı ümumi satış portfelində son aylarda davamlı olaraq artır ki, bu da şəhər üzrə orta qiymət artımına əsas səbəb kimi sayılır. Ay ərzində formalaşmış qiymətlərə görə, əvvəlki aylarda olduğu kimi, ən bahalı rayon Səbayel, ən ucuz rayon isə, Qaradağ olub. Şəhər üzrə mənzil bazarına təklif olunan orta qiymət təkrar bazarda 812$/kv.m, ilkin bazarda isə, 556,0$/kv.m təşkil edib.


“Bakı-Xəbər” qəzetindəki “Hacı Məmmədovun işi” barədə iki versiya...” başlıqlı məqalədə müəllif yazır ki, ötən il martın 10-da MTN-in “Qara kəmər” əməliyyatı nəticəsində Hacı Məmmədovun rəhbərlik etdiyi deyilən cinayətkar dəstə ifşa olunandan indiyədək hələ də ictimai rəydə bir sıra sual doğuran məqamlar qalmaqdadır. Dəstənin 10 ilə yaxın daha böyük himayədar(lar) olmadan maneəsiz fəaliyyət göstərməsinin inandırıcı səbəbləri, ifşa əməliyyatının niyə məhz MTN tərəfindən aparıldığı aydınlaşdırılmayıb. Məqalə müəllifi sözügedən məsələ ilə bağlı qaranlıq qalan bu və digər faktları şərh edib.


“525-ci qəzet” yazır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti “çox kritik” adlandıran Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru Sabina Freyzer Azərbaycan və Ermənistanın sülhə 2005-ci ilin yayında bugünkündən daha çox yaxın olduqlarını bildirib. “Rambuye görüşünə qədər bu il sülhün əldə olunacağı, Ermənistanın hərbi qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasına başlanacağı və Azərbaycan köçkünlərinin 2006-cı ilin ikinci yarısında və ya 2007-ci ilin əvvəllərində öz doğma ocaqlarına qayıtmasına başlanacağı barədə çox nikbinlik var idi. Bu nikbinlik indi hiss olunmur”,- deyə direktor bildirib.


XS
SM
MD
LG