Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

“Yeni Müsavat”: “Mətyu Brayza yenə danışdı”


“Şərq” qəzetinin əməkdaşı Da­xi­li İş­lər Na­zir­li­yi Baş Ci­na­yət-Ax­ta­rış İda­rə­si­nin sa­biq baş əmə­liy­yat mü­vək­ki­li Ha­cı Məm­mə­dov və onun rəh­bər­lik et­di­yi dəs­tə­nin məh­kə­mə pro­se­si ba­rə­də eks­pert­lərin fikirlərini öyrənib. Belə ki, De­mok­ra­ti­ya və İn­san Haq­la­rı Ko­mi­tə­si­nin səd­ri Çin­giz Qə­ni­za­də bu məh­kə­mə pro­se­si­nin uzun çə­kə­cə­yi və şok açıq­la­ma­lar­la mü­şa­yi­ət olu­na­ca­ğı fik­rin­də­dir. Sa­biq mil­lət və­ki­li, müs­tə­qil po­li­to­loq Cüm­şüd Nu­ri­yev isə, bu fi­kir­də­dir ki, heç cür ola bil­məz­di ki, döv­lə­tin hü­quq-mü­ha­fi­zə or­qa­nı­nın yük­sək ­və­zi­fə­li iş­çi­lə­ri öl­kə da­xi­lin­də adam qa­çır­maq­la, adam oğur­la­maq­la, öl­dür­mək­lə məş­ğul ol­sun. Bu, bey­nəl­xalq ci­na­yət­kar dəs­tə­dir və ora­da baş­qa döv­lət­lə­rin də və­tən­daş­la­rı iş­ti­rak edib.


“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, bu prosesin müsbət və mənfi tərəfləri barədə cəmiyyətdəki müxtəlif mövqeləri şərh edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev bildirib ki, Azərbaycanın hərbi təhsil sistemi hələ 1997-ci ildən NATO standartlarına keçib və hərbi hissələr də bu sistemə uyğunlaşdırılır. Cənab Verdiyev yeni sistemə keçidlə bağlı Silahlı Qüvvələrin kadr problemilə üzləşməyəcəyini də deyib. Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə isə, Azərbaycan ordusunun NATO standartlarına keçidi çox ləng getdiyindən Türkiyədə təhsilini başa vurub gələn gənc kadrlar sistem uyğunsuzluğunun qurbanı olur.


“Yeni Müsavat” qəzetindəki “Mətyu Brayza yenə danışdı” başlıqlı məqalədə bildirilir ki, Ermənistanın “Aykakan Jamanax” qəzetinə müsahibə verən ABŞ Dövlət katibinin köməkçisi deyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin detallarını açıqladığına görə, hər iki tərəfdən ona yönələn iradları başa düşmür. “Danışıqlar prosesinin prinsiplərini açıqlamaq qərarını mən yox, üç həmsədr hələ Minsk Qrupuna həmsədr təyin edilməyimdən əvvəl qəbul ediblər”, - deyə cənab Brayza bildirib.


XS
SM
MD
LG