Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 22:08

Bişkek Manas bazasıyla bağlı Vaşinqtonla heç bir danışıqlar aparmır


Qırğızıstan ölkədəki Amerika bazasında işin bərpasıyla bağlı Vaşinqtonla danışıqlar aparmır.

Bunu ölkənin baş naziri İqor Çudinov bu gün deyib.

Onun sözlərinə görə belə bir danışıqlar aparılmasıyla bağlı heç bir göstəriş yoxdur.

Pentaqonun nümayəndəsi bundan əvvəl bazanın gələcəyilə bağlı Qırgızıstan hökumətilə aparılan danışıqlarda tərəqqi olduğunu demişdi.

Qırğızıstanın hakim dairələri bu ilin fevralında bazanı bağlamaq qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG