Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

Kadırovun Çeçenistanı Stalinin SSRi-sinə çox bənzəyir


Çeçenistanın prezidenti Ramzan Kadyrov Qroznıda futbol izləyərkən, 20 aprel 2008.
Çeçenistanın prezidenti Ramzan Kadyrov Qroznıda futbol izləyərkən, 20 aprel 2008.
Stalin ölüb, amma elə yerlər var ki, onun öldüyünə orda şübhə edirsən. Məsələn, Rusiyanın ən qeyri-sabit regionlarından olan Çeçenistanda.

“Azadlıq” radiosunun Şimali Qafqaz redaksiyasının rəhbəri Aslan Doukayev Çeçenistandakı vəziyyəti bu sözlərlə təsvir edir.

Onun yazdığına görə beş il əvvəl hakimiyyətə gələndə prezident Ramzan Kadırov bəzi Hollivud ulduzları kimi total şəkildə özünün rekalmını apardı. Üzü tüklü, gur saçlı Ramzan Kadırov hər yerdən sənə boylanır. Onun bu formada portretləri ilə hər yeri – yaşayış binalarının blokları, maşınların ön pəncərələri bəzənib. Çeçen televiziyasına baxmaq isə xüsusi əsəb pozan bir məşğuliyyətdir.
Baş nazir Vladimir Putin prezident Ramzan Kadirovla görüşür, 20 mart 2009.

Aslan Doukayev yazır ki, Rusiyanın son 10 ildə Çeçenistanda apardığı siyasətə nəzər salanda Stalin metodologiyasının geniş tətbiqini görmək olar.

1999-cu ildə - ikinci Çeçen müharibəsinin əvvəlində Rusiya Çeçenistanda silahlı müqavimət hərəkatına qarşı yeni strategiya həyata keçirməyə başladı. Həmin strategiya konkret vəziyyətin tələblərinə uyğun qeyri-standart siyasi və hərbi hərəkətlərin kombinasıyasından ibarətdir. Bura təbliğat, informasiya müharibəsi, iqtisadi iqtisadi tədbirlər, yerli klanlar və qruplarla iş də daxil idi.

Müəllif xatırladır ki, 2000-ci ilin iyulunda Rusiyanın o zamankı prezidenti Vladimir Putin Ahmed Kadırovu Çeçenistana rəhbər təyin etdi. O, çeçenistanın keçmiş müftisi, 1990-cı illərin ortalarında Rusiyaya qarşı müqavimət hərəkatının fəallarından idi. 2004-cü ildə bomba partlayışında həlak olana qədər də Moskvaya sadiq qaldı.
Ramzan Kadirov Qroznıda rekalmlarda, 5 noyabr 2007.

Ahmed Kadırovun ölümündən sonra Vladimir Putin onun 28 yaşlı təhsilsiz oğlu Ramzanı hakimiyyət gətirdi. Ramzan Kadırov o zamana qədər atasının təhlükəsizlik xidmətinin rəhbəri idi.

Aslan Doukayevin qeyd etdiyinə görə, Ramzanın siyasi gələcəyinin təminat altına alınması xeyli sayda günahsız (qurbanların bəziləri o qədər günahsız da deyildilər) adamların həyatı bahasına başa gəlib.

Keçən ay Dubayda qətlə yetirilən Sulim Yamadayev də vaxtilə Kadırovların yaxın silahdaşı olub. Onun rəhbərlik etdiyi elitar hərbi hissələr bir neçə il çeçen müqavimət hərəkatına qarşı vuruşub. Ramzan Kadırovla uzunmüddətli çəkişmədən sonra, ötən ilin avqustunda vəzifəsindən kənarlaşdırılmışdı.

Kadırovun başqa düşmənləri də son aylar dünyanın müxtəlif ölkələrində qətlə yetirilib.

Müəllif yazır ki, sanki Ramzan Kadırov SSRİ-nin keçmiş rəhbəri Stalinin 1930-cu illərdə törətdiyi qətlləri təkrarlayır. O zaman Stalin də onu tənqid edib əleyhinə çıxanların çoxunu aradan götürtmüşdü.

Aslan Doukayevin fikrincə, bu gedişlə, dünyaya səpələnmiş çeçen qaçqınların çoxu növbəti qətllərə potensial hədəflər ola bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG