Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:35

«Üç nöqtə»: «Bazarda keyfiyyətsiz və standartlara uyğun olmayan məhsullar çoxdur»


"Gün səhər" qəzetində bildirilir ki, çimərlik mövsümünün başlanması üçün ilk tarix iyunun 10-u göstərilsə də, hava şəraitindən asılı olaraq bu tarix irəli və ya geriyə çəkilə bilər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə bütün çimərliklərin fəaliyyətinə məhdudiyyət qoyub. Bu, Xəzər dənizinin həddən artıq çirklənməsi ilə əlaqələndirilir. Kanalizasiya suları dənizə axıdıldığından, indi Xəzərin sahilləri bataqlıqdır, sahil sularının tərkibində infeksion xəstəliklər törədə biləcək mikroblar var. Bundan başqa, "quş qripi" təhlükəsi də hələ tam sovuşmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova deyir ki, dəniz suyunun ekoloji təmizliyinə nail olmaq üçün Buzovnada təmizləyici qurğular tikilir. Bu qurğular Bakı kəndlərindən dənizə axıdılan kanalizasiya sularını təmizləyəcək.


"Şərq" qəzeti xəbər verir ki, Er­mə­nis­tan­da öl­kə­da­xi­li ic­ti­mai-si­ya­si si­tua­si­ya gər­gin­ləş­mə is­ti­qa­mə­tin­də in­ki­şaf et­mək­də­dir. Hər hal­da, son vaxt­lar bu ölkə­də ha­ki­miy­yət uğ­run­da si­ya­si mü­ba­ri­zə­nin bir qə­dər in­ten­siv­ləş­di­yi mü­şa­hi­də olu­nur. Be­lə ki, Koçar­yan ha­ki­miy­yə­ti­nin si­ya­si rə­qib­lə­ri fə­al­laş­ma­ğa baş­la­yıb­lar. Ona gö­rə də ya­xın vaxt­lar­da Er­mə­nis­tan­da da­xi­li və­ziy­yə­tin böh­ran­lı həd­də­cən gər­gin­lə­şə bi­lə­cə­yi eh­ti­mal edi­lir. Bu ba­xım­dan, Yerevanın həm da­xi­li, həm də xa­ri­ci si­ya­sət kur­sun­da mü­əy­yən dəyişikliklər qə­tiy­yən is­tis­na olun­mur.


"Üç nöqtə" qəzetindəki "Bazarda keyfiyyətsiz və standartlara uyğun olmayan məhsullar çoxdur" başlıqlı məqalədə bildirilir ki, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin direktoru Ramiz Həsənov əhaliyə keyfiyyətsiz məhsul almamağı və üzərində AZS dövlət nişanı olan yeyinti məhsullarından istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, mağazalarda satılan Çin və İran məhsulları standartlara uyğun gəlmir.


XS
SM
MD
LG