Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:56

Sabir Rüstəmxanlı: «Mən Azərbaycan xalqının hüdudsuz sevgisini yaşamış adamam»


«Tanınmışlar»ın budəfəki qonağı Sabir Rüstəmxanlıdır, 31 may 2006
«Tanınmışlar»ın budəfəki qonağı Sabir Rüstəmxanlıdır, 31 may 2006

«Tanınmışlar»ın budəfəki qonağını tərəddüd etmədən həm siyasət, həm də ədəbiyyat adamı adlandırmaq olar. Özü də bir-birinə zidd olan bu sahələrin hər birində yetərincə yüksəkliklər fəth edib. Prezidentliyə namizədlikdən tutmuş xalq şairliyinə qədər yol keçib. Fəhləlikdən nazir vəzifəsinə qədər qalxa bilib. Sovetlər İttifaqının repressiyalar dövründə Yardımlı rayonun ucqar bir kəndində yaşayan bu adam SSRİ-nin çökməsini Azadlıq meydanında xalq hərəkatının liderlərindən biri olaraq qarşılayıb. Həmin illərdə yazdığı «Ömür kitabı» Azərbaycan ictimaiyyətində kifayət qədər diqqət çəkə bilib. Hətta həmin kitabı bir vaxtlar qızlara cehiz də verərdilər.


O, ölkədə ilk müstəqil qəzeti «Azərbaycan» qəzetinin yaradıcısıdır. Sonuncu kitabı «Göy tanrı» əsəri Türkiyədə «Türkün qızıl kitabı» adlandırılıb. Azərbaycanda yeganə adamdır ki, deputat olmaq üçün nazir postundan imtina edib. 50 illik yubileyində isə dövlətin ona verdiyi Şöhrət ordenini qəbul etməyib. Beləliklə, qonağımız keçmiş Mətbuat və İnformasiya naziri, Vətəndaş Həmrəyliyi Partiyasının lideri, millət vəkili, nəhayət xalq şairi Sabir Rüstəmxanlıdır.


İndi onun 60 yaşı tamam olur. 60 yaşın necə keçdiyini isə hiss etmədiyini deyir: «Çünki vaxtın, zamanın haqqında düşünməyə vaxtımız olmayıb».


20-ci yüz ili türklər, elə o cümlədən azərbaycanlılar üçün «qara yüz il» kimi dəyərləndirir. «Bizim üstümüzə tökülən çirkabı, bizə yaxılan ləkələri görəndən sonra ömür kitabını yazdım». Ömür kitabı 230 min tirajla nəşr olundu və bir həftənin içində də satılıb qurtardı.


«Mən Azərbaycan xalqının hüdudsuz sevgisini yaşamış adamam. Minlər yox, on minlərlə məktublar var. Bu sevgi hissi aşıb daşan məktublardır».


Sabir Rüstəmxanlı deyir ki, Azərbaycan cəmiyyəti hazırda bütün dünyaya açıqdır. Amma həmin açıq qapıdan Azərbaycan mədəniyyətinin, dilinin üzərinə böyük hücum olduğunu da bildirir.


Cənab Rüstəmxanlı onu da deyir ki, bu gün Azərbaycanda söz sahibi olmaq imkan sahibi olmaqla paralelləşir. «Taleyim elə gətirib ki, davamlı olaraq həmişə nədənsə imtina eləməli olmuşam».


Onun fikrincə, insanın ən böyük sərvəti onun sevgisidir, eşqidir. «O olmasa hər şey məhv olub gedər».


DİNLƏYİN!


XS
SM
MD
LG