Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

“Bakı-Xəbər”: “Növbəti “dialoq mövsümü” başlayır”


“AŞ PA-nın iyun ayında keçiriləcək yay sessiyasında Ermənistanın işğalçı siyasəti ilə bağlı növbəti sənədin müzakirəyə çıxarılmasına çalışacağıq”, – bunu Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Yeni Azərbaycan” qəzetinin müxbiri ilə söhbətində deyib. Sözügedən sənədin adının açıqlanmasına hələ ehtiyac görmədiyini bildirən cənab Hüseynov onu da əlavə edib ki, sənədi tanış olmaq və imzalamaq üçün komitə üzvlərinə təqdim edəcək. Rafael Hüseynov deyib ki, sənədin əsas mahiyyəti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibənin nəticələri ilə bağlıdır. Millət vəkili onu da diqqətə çatdırıb ki, əsas məqsəd hazırlanan sənədlə bağlı komitənin dəstəyini almaq və bundan sonra onu qurumun yay sessiyasının müzakirəsinə salmaqdır.


“Bakı-Xəbər” qəzetindəki “Növ­bə­ti “di­a­loq möv­sü­mü” baş­la­yır” başlıqlı məqalədə bildirilir ki, ATƏT-in Ba­kı Ofi­si ya­xın gün­lər­də növ­bə­ti iq­ti­dar-mü­xa­li­fət di­a­lo­qu­nu təş­kil et­mə­yi plan­laş­dı­rır. Ba­kı Ofi­si­nin rəh­bə­ri Ma­u­ri­sio Pa­ve­si­nin söz­lə­ri­nə gö­rə, növ­bə­ti di­a­loq­da tək­cə seç­ki­lər de­yil, si­ya­si mü­hi­tin bü­tün as­pektlə­ri əha­tə olu­na­caq. La­kin bir çox ekspertlər be­lə he­sab edir ki, ATƏT-in Ba­kı nü­ma­yən­də­li­yi­nin təş­kil edə­cə­yi növ­bə­ti di­a­loq­dan da hər han­sı müs­bət nə­ti­cə­lər göz­lə­mə­yə dəy­məz. Bu vax­ta ki­mi ke­çi­ri­lən di­a­loq­lar­da nə­in­ki hər han­sı nə­ti­cə əl­də edi­lib, ək­si­nə, tə­rəf­lə­rin bir-bi­ri­nin ün­va­nı­na yö­nəl­miş qar­şı­lıq­lı it­ti­ham­la­rı­nın sa­yı da­ha da ar­tıb.


“Müsavat Partiyasının seçkilərdə iştirakı nə xalqın aktivliyinə səbəb oldu, nə də ki, beynəlxalq təşkilatlar qarşısında müxalifətlə iqtidarın rəqabət apardığı fikrini yaratmadı”. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu “Xalq Cəbhəsi” qəzetinə verdiyi müsahibəsində belə deyib. Cənab Cəlaloğlunun fikrincə, bundan qabaq Etibar Məmmədov və onun partiyası hansı taleyi yaşayıbsa, İsa Qəmbər də həmin taleyi yaşamağa başlayıb.


XS
SM
MD
LG