Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:28

«Bakı-Xəbər»: «Ramiz Mehdiyevin gücü»


"525-ci qəzet"in əməkdaşı Azərbaycan və Ermənistan prezidentlərinin Rumıniyanın paytaxtı Buxarestdə qarşıdakı görüşünü şərh edir. Müəllif yazır ki, Buxarest görüşü öncəsi səslənən mülahizələr belə deməyə əsas verir ki, həmsədrlər bu dəfə prezidentlərin müzakirəsinə Rambuyedə razılaşdırmaq mümkün olmayan layihənin bir qədər yeni variantını təqdim edəcəklər. Ermənistan mediasının yazdığına görə, həmin layihədə nizamlanmanın birinci mərhələsində işğal olunmuş Qarabağətrafı 7 rayondan 5-nin azad edilməsi nəzərdə tutulur. Eyni zamanda, Ermənistan mediası qeyd edir ki, Azərbaycan tərəfi Kəlbəcərin də bu mərhələdə azad edilməsində israr edir.


Millət vəkili Vahid Əhmədov "Üç nöqtə" qəzetinə müsahibəsində bildirib ki, dövlət büdcəsi ilə bağlı parlament müzakirələri zamanı inflyasiyanın təxminən 5.5 faiz həddində gözlənildiyi vurğulanıb. Millət vəkilinə görə, qiymətlərin artması, ölkəyə neftdən valyuta gəlirlərinin daxil olması və digər amillərin nəticəsində baş verəcək inflyasiyanın bəri başdan aradan qaldırılması üçün bir sıra ciddi tədbirlər həyata keçirilməlidir. Vahid Əhmədovun fikrincə, anti-inflyasiya tədbirlərinin səmərəli alınması üçün qiymətli kağızlar bazarının inkişafına xüsusi diqqət yetirilməlidir.


"Bakı Xəbər" qəzetində bildirilir ki, hazırda üstüörtülü şəkildə gedən hakimiyyətdaxili klan mübarizəsi Rusiya və ABŞ-ın işə qarışması ilə özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Görünən odur ki, İlham Əliyev Qərbin daha çox təzyiq və tənqidi ilə üzləşməməkdən ötrü hakimiyyətdə kadr islahatları aparır. Ancaq eyni zamanda, Rusiyanı narazı salmamaq üçün bu dövlətə meylli şəxslərin birdəfəlik iqtidardan uzaqlaşdırılmasına da cəsarət etmir. Odur ki, Ramiz Mehdiyevin Rusiyadan dəstəkləndiyi müddət ərzində tutduğu postdan uzaqlaşdırılacağı şübhə doğurur.


XS
SM
MD
LG